Biz kimik? bizim haqqımızda

bizim haqqımızda Tbilisi Dövlət Azərbaycan Dram Teatrı (Teatrın qısa tarixi)

Azərbaycan klassik dramaturgiyasının ilk nümunəsi olan altı məşhur komediya on doqquzuncu əsrin ortalarında M.F.Axundov tərəfindən Tbilisidə qələmə alınmışdır.

Arxiv sənədlərindən, dövrün mətbuatının verdiyi xəbərlərdən, xatirələrdən, məqalə və ciddi elmi tədqiqatlardan məlum olur ki, 1872-ci ildə Baronbəyovun karvansarayında Tbilisi Azərbaycan ziyalılarının qabaqcıl nümayəndələrindən bir qrupunun təşəbbüsü və iştirakı ilə M.F.Axundov “Vəziri – xani – Sərab” (o zaman “Hekayəti vəziri-xani-Lənkəran” komediyası belə adlanırdı) əsərinin üçüncü pərdəsi tamaşaya qoyulmuşdur.

Tbilisi Dövlət Azərbaycan Dram Teatrı 2004-cü il iyun ayının 30-da 57 illik fasilədən sonra yenidən öz fəaliyyətinə başlamışdır. Birinci tamaşadan başlayaraq 20-ci yüzilliyin əvvəllərinə qədər teatrda qadın aktyorlar olmadığından bu rolları kişilər oynamalı olurdular.

İyirminci əsrin əvvəllərindən profesionallaşmağa başlayan Tbilisi Azərbaycan Teatrının tamaşalarına azərbaycanlı qadın aktyorlar cəlb olunur, orada habelə Azərbaycan dilini yaxşı bilən və teatra ürəkdən bağlı olan müxtəlif millətlərin nümayəndələrindən ibarət qadınlar uğurla çıxış edirlər. Teatr Gürcü Dvoryan teatrı, Kozyonnı teatr, Artistlər Cəmiyyəti, Zubalov adına Xalq Evi, Mir, Avlabar Palas və sairlərin səhnələrindən tamaşalar göstərirdi.

Tbilisi Azərbaycan teatrı 1910 -cu ildən Zubalov adına  Xalq Evinin (İndi burada K.Marcanişvili adına teatr yerləşir) rəsmi üzvü idi. Teatr burada və Gürcü teatrının (indiki Qriboyedov adına teatr) səhnəsində məşhur gürcü aktyoru Vaso Abaşidze, yazıçı Şalva Dadiani, ictimai xadim və aktyor Valerian Qunianın təşəbbüsü və köməyi ilə ayda iki-üç dəfə çıxış etməyə icazə aldı.

Azərbaycanın görkəmli səhnə xadimlərindən Hüseyn Ərəblinski, Əbülfət Vəli, Sidqi Ruhulla, Hüseynqulu Sarubski və b. əsrin əvvəllərində tez-tez Tbilisiyə qastrola gəlməsi Tbilisi Azərbaycan teatrının inkişafında az rol oynamamışdır.

Gürcü teatr xadimləri Azərbaycan teatrının işini diqqətlə izləyir, özlərinin bilavasitə iştirakları və məsləhətləri ilə teatra və tamaşaların yaradıcılarına kömək edirdilər. Görkəmli gürcü aktyoru Vaso Abaşidzenin qızı, sonralar xalq artisti olmuş Taso Abaşidze azərbaycanlı kolleqaları ilə birlikdə Azərbaycan tamaşalarında oynayırdı.

Tbilisi Azərbaycan teatrının repertuarını əsasən milli əsərlər təşkil edirdi. Bundan başqa, rus, Avropa və dünya dramaturgiasının ən yaxşı nümunələri də tərcümə və təbdil yolu ilə tamaşaya qoyulurdu. Onları tamaşaya təcrübəli rejissorlar İ.İsfahanlı, A.Tuqanov, M.Kirmanşahlı, Y.Ulduz və başqaları hazırlayırdılar. Şekspir, Şiller, Molyer, Qoqol, Ostrovski, Çexov və b. teatrın sevimli müəllifləri idilər.

Teatrın kollektivi çox məhsuldar işləyirdi. 1912-1913-cü il mövsümündə tamaşaçılara qırxdan artıq əsər təqdim edilmişdi. 1929-1930-cu illər mövsümündə isə teatr həftədə bir dəfə öz tamaşalarını göstərdiyi Rustaveli teatrında iyirmi bir, N.Nərimanov klubinda isə on adda pyes tamaşaya qoymuşdu.

1922-ci ildə teatra M.F.Axundov adına Tbilisi Dövlət Türk Dram Teatrı adı verildi. Tbilisi Azərbaycan teatrının kollektivi, fealiyyəti dayandırılana qədər, Gürcüstanın xüsusilə azərbaycanlılar yaşayan rayonlarında, Azərbaycanda, Ermənistanda, Volqa boyunda (Həştərxan, Saratov, Samara, Kazan və b) Orta Asiyada (Krasnovodsk, Aşqabad, Mərv, Səmərqənd, Buxara, Daşkənd və b). Iran və Türkiyədə uğurla qastrol səfərlərində olmuşdur.

M.F.Axundov adına Tbilisi Azərbaycan Musiqili Dram Teatrı fəaliyyət göstərdiyi  75 il müddətində Mirzəli Abbasov, Əşrəf Yüzbaşov, Həbib Köçərli, Mirzəxan Quliyev, Mirzağa Əliyev, Mustafa Mərdanov, Mirseyfeddin Kirmanşahlı, İsmayıl Həqqi, Solmaz Orlinskaya, Əlimirzə Nərimanov, İbrahim İsfahanlı, Taso Abaşidze və başqaları kimi qüdrətli sənətkarlar yetişdirmişdir ki, bunların əksəriyyəti Xalq artisti, Əməkdar artist vəƏməkdar mədəniyyət xadimi kimi yüksək ada layiq görülmüşdür.

turini-min (1)
AFISHA jpg-min (1)
მომკალ მომკალ ჩემო კარგო_page-0001-min (1)
Back to Top
Back to Top
Close Zoom
Context Menu is disabled by theme settings.